AZ

"O, mənim sevimli futbolçumdur" - Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ən çox sevdiyi futbolçunun kim olduğunu açıqlayıb.

90deqiqe.Az  xəbər verir ki, ispan çalışdırıcı onun "Barselona" və "Real"da çıxış etmiş Laudrup olduğunu bildirib.

"Mikael Laudrup. O, bir vaxtlar “Barselona”da oynayıb, sonra isə “Real Madrid”ə keçib. O, “onluq” idi, Martin Odegaardın onunla çox oxşar cəhətləri var: eyni bacarıqlı, zərif, oyuna əla baxışı olan futbolçu”, – Arsenal Buzz ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, danimarkalı futbolçu karyerası ərzində “Yuventus”, “Barselona” və “Real”da çıxış edib. O, 1998-ci ildə Hollandiyanın "Ayaks" klubunda çıxış etdiyi zaman karyerasını bitirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
90deqiqe.az

1Mənbələr