AZ

Vətəndaşların DİQQƏTİNƏ! Ölkədən çıxışınıza qadağa olarsa NƏ ETMƏLİSİNİZ

Vətəndaşlara hər hansısa bir iş üçün ölkəni tərk etmək istəyərkən sərhəd buraxılış məntəqəsində bəzən onlara ölkədən çıxışlarına qadağa qoyulduğunu deyirlər. Amma onlara buna qədər hansısa dövlət qurumundan qadağa ilə bağlı xəbərdarlıq olunmur. Bu nə qədər düzgündür və bu kimi hallarda vətəndaş hara müraciət etməlidir?

Mövzu ilə bağlı deputat Fazil Mustafa Referans.az-a açıqlama verib.

O bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilir: "Əsas prinsip ondan ibarətdir ki, burda daha çox vergi cinayətləri ilə bağlı belə bir addımlar atılır. Kimsə vergiləri ödəmir ona görə də vergi qurumu tərəfindən məhkəməyə müraciət olunur. Bütün hallarda bu məhkəmə qərarı ilə bağlı olmalıdır və əvvəlcədən vətəndaşlara xəbərdarlıq edilməlidir. Çünki vətəndaş bilet alıb səyahətə getmək istəyirsə mütləq məhkəmə qərarı burda əsas rol oynamalıdır. Məhkəmə qərarı olmadan bunu həll etmək mümkün deyil. Xüsusi əhəmiyyətli cinayət, terror yaxud başqa təhlükə ilə bağlı olduqda müvafiq orqanlar bu istiqamətdə addım atıb sonra məhkəməyə müraciət edə bilərlər. Ona görə də burda hansısa şəxsə belə bir məhdudiyyət qoyulursa birinci o, məhkəmə qərarı ilə maraqlanmalıdır ki, prosedur pozuntusu olmasın". 

2022_04_03_21_35_33t9n8ds14cyturnzsj5ja_file_1_1715189620-full.jpg

Hüquqşünas Ramil Süleymanov-un sözlərinə görə isə vətəndaşların ölkəni tərk etməsi ilə bağlı Azərbaycan Respublikasının Vətəndaşlarının çatımlı olduğu 2 elektron sistem vardır. Bunlardan biri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sistemidir. Orda borclu şəxslərin ölkədən çıxışını məhdudlaşdırılması ilə bağlı bir hissə var. Orda şəxs öz pasport məlumatlarını yazmaqla, özünə aid şəxsi məlumatları yazmaqla məlumat əldə edə bilir. Digər ikinci sistem isə Vergilər Nazirliyinin sistemidir. Hər iki sistem müfəssəl işləyir. Ancaq bəzi hallarda şəxs istintaq orqanlarının, gömrük orqanlarının o cümlədən daxili işlər orqanlarının, prokurorluğun təqdimatları əsasında məhkəmə qərarı olmadan birbaşa sistemə, onların verdiyi məlumat əsasında ölkədən çıxışı qadağan olunur. Yəni vətəndaşların belə bir ehtimalı varsa ki, bu ehtimalı olan şəxslərin birbaşa etməli olduğu birşeydir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət etməli, qısa zaman kəsiyində ölkəni tərk edib-etməməyi ilə bağlı statusunu öyrənə bilir. Vətəndaşların bir qismi hansısa bir işlə bağlı şahid qismində çağrılıbsa və ölkəni tərk etmək istəyirsə, hər hansısa istirahətə getmək istəyirsə ümumiyyətlə ölkədən harasa çıxıb getmək istəyirsə, belə olan təqdirdə də şəxslərin ölkədən çıxışına qadağa qoyula bilir.

Hüquqşünas şahidlərin ölkədən çıxışına qadağa qoyulmasını qanunvericiliyin tamamilə pozuntusu olduğunu bildirib: "Belə olan halda mütləq qaydada vəkil sorğusu göndərilir və alınmış cavablarla bağlı məhkəməyə müraciət olunur. Bununla bağlı məhkəmə nəzarəti qaydasında ölkədən çıxış qadağası məhdudiyyətinin üzərindən götürülməsi barədə öhdəlik müvafiq dövlət qurumunun üzərinə qoyula bilər. Bəzi hallarda isə vətəndaşlar bilir ki, onların hansısa bir icra olunmamış məhkəmə qərarları mövcuddur. Bu barədə heç bir hərəkətlilik göstərmir amma ölkəni tərk edən vaxtı məhkəmə qərarı ilə onun ödəməli olduğu məbləğ və yaxud inzibati cərimələri olur. Qeyd edim ki, müəyyən aparatlar var ki, həm hava limanlarında yerləşdirilib, həm də sərhəd buraxılış məntəqələrində yerləşdirlib. Vətəndaşlar bu apratlar vasitəsi ilə həmin məbləği ödəməklə çeki aidiyyatı dövlət sərhəd xidmətinə təqdim edərək ölkə sərhəddini tərk edə bilirlər". 

whatsapp_image_2024_05_08_at_170728_1715190142-full.jpeg

Bəs vətəndaşın artıq səyahət xərcləri yaranıbsa bu halda vətəndaş nə etməlidir?

"Vətəndaş ölkədən çıxmaq üçün gediş-dönüş üçün təyyarə biletini alır, otel bron edir, yaxud tur-paket alır və müəyyən məbləğdə pul ödəyir. Ancaq vətəndaşa ölkədən çıxış məhdudiyyəti ilə bağlı heç bir məlumat verilmiyibsə , heç bir bildiriş təqdim olunmursa bu onun maddi zərərə uğramasına gətirib çıxardır. Belə olan təqdirdə vətəndaş ona ölkəni tərk etmək məhdudiyyəti qoyan qurumu rahat şəkildə məhkəməyə verərək uğradığı zərərin həmin dövlət qurumu tərəfindən ödənilməsini tələb etməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13027
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10167
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2742
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2316
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1792
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1425
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1376
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
556
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
485
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Azərbaycan nefti ucuzlaşdı
464
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458