AZ

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Kuba Xalqlar Dostluğu İnstitutunda Azərbaycanın Kubadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat və yaradıcılığına həsr edilmiş akademik tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  səfirlikdən verilən məlumata görə, moderator qismində çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutunun nümayəndəsi Maria del Karmen Barroso ölkələrimiz arasında diplomatik münasibətlərin qurulma tarixi, tarixi dostluq əlaqələri, Kubaya qarşı tətbiq edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı BMT Baş Assambleyasında ənənəvi olaraq keçirilən səsvermələrdə Azərbaycanın Kubaya daimi dəstəyi barədə məlumat verib. O, Kubada Ümummilli Liderin xatirəsinin böyük hörmətlə anıldığını, həmçinin Heydər Əliyevin Kubaya daim xoş münasibət bəslədiyini və Kubanın Ali Baş Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev iştirakçıları həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı əvəzsiz xidmətləri barədə ətraflı məlumatlandırıb. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən bəhs edən səfir Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü deyə bilən nüfuzlu dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Havana Universitetinin professoru Emilio Antonio Duharte Diaz və Azərbaycanda təhsil almış kubalı professor Rafael Tenreyro öz çıxışlarında Heydər Əliyevin siyasi irsi, onun istər Sovet İttifaqı, istərsə də müstəqil Azərbaycan üçün gördüyü böyük işlər, müstəqilliyinin ilk illərində mürəkkəb dövrlər keçirən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı naminə həyata keçirdiyi əhəmiyyətli iqtisadi layihələr barədə iştirakçılara geniş məlumat veriblər. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının dünya bazarlarına ixracının təmin olunduğunu qeyd edən natiqlər Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu söyləyiblər. Professor R.Tenreyro isə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin Azərbaycanda təhsil aldığı dövrlərə təsadüf etdiyini və həmin dövrdə ölkədə gedən inkişafın əyani şahidi olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13032
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10185
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8893
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2746
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2317
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1794
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1434
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1376
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
584
Arda Gülər dayanmır, yenə fərqləndi -
556
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
526
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Azərbaycan nefti ucuzlaşdı
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
462