AZ

“Qarabağ”ın çempionluq medalları nə vaxt veriləcək?

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli bəlli olub.  

Bizim.Media xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb. Turun açılış matçında “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. 

Bu görüşdən sonra çempionun mükafatlandırma mərasimi baş tutacaq. Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası

XXXV tur

17 may (cümə)

“Qarabağ” – “Turan Tovuz”

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

18 may (şənbə)

“Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”, 17:00

“Səbail” – “Neftçi”

“ASCO Arena”, 17:00

“Kəpəz” – “Zirə”

Tovuz şəhər stadionu, 17:00

19 may (bazar)

“Qəbələ” – “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu, 16:00

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq