AZ

“Qalatasaray” azarkeşi olan ata və qızını 7 nəfər döymüşdü - Cəzaları bəlli oldu

Türkiyənin “Qalatasaray” voleybol klubunun azarkeşi olan ata və qızını döyən yeddi nəfərin cəzası bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. 

Bildirilib ki, həmin şəxslərin üçü haqqında həbs qərarı çıxarılıb. Dördü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, aprelin 5-də Üsküdar Burhan Fələk İdman Salonunda oynanılan matçdan sonra 7 nəfər Uğur İris ilə qızı Emine Nil İrisi döyüb. Onlar azarkeşlərin əlindən klubun bayraqlarını və pankartları almağa çalışıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
4
Mənbələr
Şərh ()
Bağla