AZ

Bu gün 9 May – faşizm üzərində Qələbə Günüdür

u gün Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Medianews.az xəbər verir ki, 1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və onun silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb.

Bu savaşda 70 milyon hərbçi vuruşub. Mülki şəxslər arasında ölənlərin sayı 50-55 milyon təşkil edib. Sovet İttifaqı 7,5 milyon, ABŞ 400 min, Böyük Britaniya 330 min, Çin 2,2 milyon, Almaniya 3,5 milyon, İtaliya 77 min, Yaponiya 1,2 milyon əsgər itirib. 1923-cü ildə Sovet İttifaqında doğulan kişilərin yalnız 20 faizi müharibədən sağ çıxa bilib.

İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, çoxlu sayda həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsi illərində Azərbaycan neftçiləri faşizmə qarşı mübarizədə həlledici qələbənin əldə olunmasında müstəsna xidmətlər göstərərək, cəbhə və sənaye üçün 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verib.

Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.

9 May Azərbaycanda dövlət səviyyəsində faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
336
1
sosial.tv

2Mənbələr