AZ

"Bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var"

"Bu gün bir çox şirkətlərin nümayəndələri mənimlə Bakıda səfərdədirlər. Artıq onlar müxtəlif həllər təklif edirlər ki, Azərbaycan bu regionda öz liderlik rolunu inkişaf etdirməkdə davam etsin, xüsusilə də yaşıl enerji, ətraf mühitin qorunması sahələrində".

Marja xəbər verir ki, bunu Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlar zamanı çıxışında bildirib.

O çıxışına belə davam edib: "Sizə bir nümunə deyə bilərəm, bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var. Bu materiallardan həm gübrə kimi, həm də tikinti materialı kimi istifadə oluna bilər. Eyni zamanda, karqodronların istehsalı sahəsini yarada bilərik. Yəni, söhbət yüklərin pilotsuz aparatlar vasitəsilə daşınmasından gedir, əlbəttə, söhbət, kiçikhəcmli yüklərdən gedir. Bununla da Azərbaycana regionda aparıcı, yüksək texnologiyaya sahib olan və xüsusilə də ətraf mühit üçün zərərsiz olan həllər və layihələr təklif edirik. Biz nəinki bu layihələri müzakirə edirik, bəziləri ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
Mənbələr
Şərh ()
Bağla