AZ

Putin ittifaqından Ermənistana 100 milyon dollarlıq hədiyyə...

Image

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) Şurası Ermənistana 100 milyon dollar ayırmaq barədə qərar qəbul edib. Fondun mətbuat xidməti bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, vəsait 2024-cü ilin büdcəsini dəstəkləmək üçün istifadə olunacaq və Ermənistan hökumətinin islahat proqramının həyata keçirilməsi əsasında verilir. Proqrama iqtisadi artım potensialının artırılması, əmək bazarının səmərəliliyinin yüksəldilməsi və davamlı inkişaf üzrə tədbirlərin həyata keçirilməsi daxil edilib.

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (EFSD) 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya tərəfindən yaradılıb. Fondun aktivlərinin həcmi 9 milyard dollardan çoxdur. EFSD-nin məqsədləri Fondun üzv dövlətlərində iqtisadi və maliyyə sabitliyini təşviq etmək, habelə onların davamlı inkişafına dəstək verməkdir.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
baki-xeber.com

8Mənbələr