AZ

İngilislər AÇ-2024 öncəsi irqçiliyə qarşı polislə əməkdaşlıq edirlər

İngiltərə yığması bu il Almaniyada keçiriləcək Avropa çempionatı (AÇ-2024) öncəsi irqçilik fəsadlarına qarşı polislə tədbir hazırlayır.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Böyük Britaniyanın baş polis konstebli Mark Roberts Avropa çempionatı zamanı sosial şəbəkələrdə mümkün irqçilik təzahürləri barədə İngiltərə yığmasının futbolçularını məlumatlandırdıqlarını bildirib:

“Biz oyunçulara onlara dəstək olmaq üçün burada olduğumuzu izah etmişik. Biz onlara öz hesabları ilə əlaqə qurarkən özlərini necə qoruya biləcəkləri barədə bəzi məsləhətlər verdik.

Əgər insanlar özlərini belə aparırlarsa, biz bununla məşğul olacağıq və mümkün olduqda belələrini cinayət məsuliyyətinə cəlb edəcəyik. Futbolçularımıza, xüsusən də qaradərili futbolçulara edilən təhqirləri görmək həqiqətən də ürəkaçan deyil. Məhz buna görə də biz sosial şəbəkələrə sahib olan şirkətlərlə çox iş görmüşük.

Əvvəllər bizə pozucular haqqında lazımi təfərrüatı təqdim etmək üçün altı aydan çox vaxt gərək idi. İndi vəziyyət daha müsbətdir və biz onlardan yaxşı dəstək alırıq. İndi bu fəsadı bir neçə günə həll etmək olar. Bu, o deməkdir ki, biz belə insanları hüquqi qaydada mühakimə edə bilərik”, deyə Roberts vurğulayıb.

Xatırladaq ki, AÇ-2024 bu il iyunun 14-dən iyulun 14-dək 24 komandanın iştirakı ilə Almaniyanın 10 şəhərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla

Reytinq