AZ

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi barədə qərar qəbul edib

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin müsadirəsi barədə qərar qəbul ediblər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bu qərar indi Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.

Avropa Komissiyası bu yolla 2024-cü ildə 2 milyarddan 3 milyard avroya qədər vəsait toplamaq niyyətindədir və bu vəsaitin 90 %-nin Ukrayna üçün silah alınmasına yönəldilməsi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
50
Mənbələr
Şərh ()
Bağla