AZ

Ançelottinin ÇL-dəki tarixi rekordu

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, onun komandası ötən gecə turnirin yarımfinal mərhələsinin cavab oyununda "Bavariya"nı məğlub edərək (2:1, ilk oyun - 2:2) finala vəsiqə qazanıb. Nəticədə Karlo Ançelotti məşqçilik karyerasında 6-cı dəfə turnirin finalına yüksəlib. Bu isə rekord göstəricidir. 

İtaliyalı mütəxəssis əvvəllər “Milan”la 3 dəfə (2002/2003, 2004/2005 və 2006/2007) və “Real”la 2 dəfə (2013/2014, 2021/2022) finala yüksəlib. Həmçinin Ançelotti həlledici görüşdə yalnız 1 dəfə məğlub olub. "Milan" 2004/2005 mövsümündə "Liverpul"a penaltilər seriyasında uduzub.

Qeyd edək ki, bu mövsüm ÇL-in finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla