AZ

İsrail ordusu daha bir hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha bir hərbçisini itirdiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Qaliley” diviziyasının 869-cu batalyonunda xidmət edən 20 yaşlı çavuş Haim Sabah İsrailin şimalında keçirilən əməliyyat zamanı həlak olub.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 269-a çatıb.
Mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 615 olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla