AZ

"Hakim dedi ki, bağışla, səhv etdim"

style='margin-bottom:10px;'>

"Bavariya"nın mərkəz müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının yarımfinalında "Real"la cavab oyunundan  (1:2, ilk oyun - 2:2) sonra hakimləri tənqid edib.

QOL.az xəbər verir ki, ötən gecə görüşün sonunda De Liqt "Real"ın qapısına qol vurub. Bununla belə, baş hakim Şimon Marçiniak epizodun sonunu gözləmədən fit çalaraq ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, "Real" mərhələ adlayıb.

24 yaşlı müdafiəçi buna görə hakimləri tənqid edib: “Hakimlərin həmişə "Real"ın tərəfində olduğunu söyləmək istəmirəm, amma bu gün hər şey belə oldu. Matçın nəticəsini onlar həll etdilər. Yan xətt hakimi mənə dedi: "Bağışlayın, səhv etdim." Bu, ayıbdır”.

Qeyd edək ki, turnirin finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq