AZ

Miller: “Gürcü Arzusu”nun ritorikası Gürcüstan-ABŞ münasibətlərini təhdid edir“

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller son günlər Gürcüstanda cərəyan edən siyasi proseslərlə bağlı diqqət çəkən açıqlamalar verib. News365.az xəbər verir ki, o, birfinqdə çıxışı zamanı  Gürcüstanın hakim partiyasının rəhbərlərinin ritorikasının bu ölkənin Avroatlantik yoluna olan addımları və Vaşinqtonla münasibətlərini təhdid edir. 

Miller qeyd edib ki, Amerika hakimiyyəti Gürcüstanda nəzərdən keçirilən xarici agentlər haqqında qanun layihəsi, eləcə də hakim “Gürcü Arzusu” partiyası rəhbərliyinin anti-Qərb ritorikasından “inanılmaz dərəcədə narahatdır”.

Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkədə xarici agentlər haqqında qanuna qarşı təşkil olunan mitinqlərdəki təxribatların xaricdən maliyyələşdirildiyini bəyan etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. 83 deputat qanunun lehinə, 23-ü əleyhinə səs verib. Bundan sonra qanun layihəsi əleyhinə etiraz aksiyası yenidən başlayıb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
35
Mənbələr
Şərh ()
Bağla