AZ

“Paşinyanın müşaviri Nobel mükafatçısıdır və dünyanın 10 ən yaxşı iqtisadçısından biridir...”

“Nə qədər ki, növbəti seçkilərdə uduzmayıb, yaxud komandası ciddi korrupsiya faktlarına yol verərək erməni cəmiyyətində nüfuzunu itirməyib, Paşinyan hökumətinin Ermənistanda iqtidarda qalacağını düşünürəm...”
 
“Paşinyan hakimiyyətə gəldikdən bəri biz zaman-zaman Ermənistandakı prosesləri dəyərləndirmişik. Və mən həmişə demişəm ki, növbəti seçkilərdə real məğlubiyyəti, yaxud Allahın onun şəxsi həyatı ilə bir qəzavü-qədəri, məsələn, sui-qəsd-filan olmasa, Paşinyan hakimiyyətdən getməyəcək”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Son Paşinyan-Putin görüşündən sonra və ümumiyyətlə, qlobal beynəlxalq hadisə və proseslər fonunda əsasən Rusiyanın “5-ci kalonu”ndan, o cümlədən erməni kilsəsindən ibarət müxalifətin Azərbaycanla sərhədlərin müəyyənləşməsinə çalışan Paşinyan hakimiyyətinə qarşı dirəniş göstərdiyi Ermənistanda baş verənlərin sonunu necə görürsüz?” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“Və bir daha təkrar etmək lazım gəlir ki, əgər Paşinyan 2020-ci ilin 44 günlük Ermənistan-Azərbaycan savaşından məğlub çıxmasına rəğmən Ermənistandakı növbəti seçkilərdə qalib gəlibsə, deməli, erməni cəmiyyətində onun yetərincə reytinqi və dəstəyi var. Əvvəla, öncələr də dediyimiz kimi, hazırkı Ermənistan siyasi meydanında ona alternativ lider yoxdur. İkincisi, erməni xalqı dırnaqarası “Qarabağ klanı”ndan bezib.  Paşinyan isə erməni cəmiyyətini Qərbə doğru, korrupsiyasız-filansız iqtisadi inkişafa, rifaha aparmaq üçün praqmatik bir siyasət yürütdüyündən toplumun böyük bir hissəsi onun arxasındadır. O, Qərb dairələrindən, ABŞ, Fransa və s. dövlətlərdən gözəl ustalıqla dəstək alır. Və paralel olaraq Rusiya ilə də lap dərinliyədək konfrontasiyaya getməməyə çalışır”, - deyə davamında politoloq bildirib. 
 
“Hesab edirəm ki, mayın 8-də Paşinyanın Rusiya lideri Putinlə görüşünün nəticələri də rəsmi İrəvanın seçdiyi ümumi geo-politik istiqamətə ciddi təsir göstərməyəcək və bu siyasət sonda Ermənistanın Qərbə tam inteqrasiyası ilə nəticələnəcək. Bu mənada düşünürəm ki, Rusiyanın “5-ci kalonu”nun da Ermənistandakı çabaları əbəsdir. Bu saat revanşistlərin əsas bəhanəsi Azərbaycanla sərhədlərin delimitasiyasıdır.  Dünyanın bir çox ölkələrində sərhədlərin dəqiqləşdirilməsi zamanı müxalif qüvvələr meydana çıxır. Amma bu apaaçıq aydındır ki, Ermənistandakı son gərginliyin arxasında məhz Rusiya dayanır. Lakin onu da nəzərə almaq lazımdır ki, Paşinyan və onun komandası Moskvanın “5-ci kalon”u ilə artıq 6 illik mübarizə təcrübəsi toplayıb. O, hakimiyyət eşelonları kimi, ordunun içərisindəki Rusiya agentura şəbəkələrini çətinliklə olsa da, təmizləyir. Eyni zamanda Paşinyan yaxşı anlayır ki, Qərbə inteqrasiya olunmaq üçün o, ilk növbədə Azərbaycanla və NATO üzvü Türkiyə ilə münasibətləri normal məcraya salmalıdır və bu mənada rəsmi Bakının da sərhədlərin müəyyənləşməsi ilə bağlı haqlı tələblərini yerinə yetirməyə məcburdur”, -deyə siyasi şərhçi izah edib. 
 
“Nəhayət, onu da nəzərə almaq lazımdır ki, bizim bəzən istehza ilə baxdığımız Nikol Paşinyan əslində qlobal güclərdən yetərli dəstək alan bacarıqlı bir siyasi oyunçudur. Onun kifayət qədər bilikli, təcrübəli müşavirləri, məsləhətçiləri var. Onlardan ən məşhuru  2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan, dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğludur. Nobel ödülünə  layıq görülən ilk erməni elm adamı olan Acemoğlu  dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biri sayılır. Həmçinin Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridyan, elə Ter-Petrosyanın özü də Paşinyana məqamında dəyərli məsləhətlər verir və o da bunlara uyğun düzgün gedişlər edir, addımlar atır. Bu və digər səbəblərdən nə qədər ki, növbəti seçkilərdə uduzmayıb, yaxud komandası ciddi korrupsiya faktlarına yol verərək erməni cəmiyyətində nüfuzunu itirməyib, Paşinyan hökumətinin Ermənistanda iqtidarda qalacağını düşünürəm”, - deyə analitik vurğulayıb.
 
Sultan Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22580
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11253
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
10959
Helikopterin qalıqları tapılıb
8181
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7808
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6774
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5041
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4036
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
3757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3459
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2730
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2032
Azərbaycan nefti ucuzlaşdı
1562
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
1343
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1318
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1311