AZ

Deputat: "Azərbaycan-Slovakiya əlaqələri etibarlı tərəfdaşlıq münasibətlərinə əsaslanır"

Bu gün istər regional, istərsə də beynəlxalq coğrafiyada Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzu günü-gündən artır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünyanın bir çox dövlətləri ilə Azərbaycanın qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətləri yüksək səviyyədə inkişaf edir. May ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu səfər ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Slovakiya münasibətləri iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Ötən illərdə Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev Slovakiya respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri ilə əlaqədar mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin inkişafı baxımından səfərin əhəmiyyətini xüsusilə qeyd edib: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.”

Qeyd etmək lazımdır ki, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”,“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və eləcə də, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində dərinləşdiyini deməyə əsas verir. Bunlarla yanaşı xüsusilə vurğulamalıyıq ki, iki ölkə arasında əməkdaşlığın əlamətdar bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Qeyd edək ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Şübhəsiz ki, bu, ölkələrimiz arasında mövcud olan münasibətlərin səmimiyyətlə inkişaf etdiyini deməyə əsas verir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq həmvətənlərimiz üçün olduqca önəmlidir.

Azərbaycan-Slovakiya münasibətləri siyasi dialoqa, etibarlı tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanır. Bu, ölkələrimiz arasında gələcək əlaqələrin, siyasi, iqtisadi, mədəni münasibətlərin daha da dərinləşməsi baxımından olduqca önəmlidir. Bu baxımdan qeyd etməliyik ki, Slovakiya Baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına ciddi təkan verəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17405
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12514
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9975
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4143
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3739
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3189
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2999
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2589
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2226
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
970
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
877
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777