AZ

İnfarkt və insult daha öldürməyəcək: Zəhər həyat qurtaracaq

Avstraliyalı elm adamları infarkt və insult nəticəsində ölümcül fəsadların qarşısını almağa kömək edən dərmanın yaradılmasında mühüm addım atıblar.

Belə ki, hüceyrə zədələnməsinin qarşısını alan bir maddə müəyyən ediblər. 

“Cebhe.info” “The European Heart Journal”-a istinadən xəbər verir ki, bu, huni tor hörümçəyinin zəhər molekuludur.

Huni tor hörümçəkləri dünyanın ən təhlükəlilərindən biri hesab olunur. Onların zəhəri ölümcül ola bilər. Lakin yeni araşdırmalar göstərir ki, bu, həm də həyat qurtaran dərman üçün əsas ola bilər.

Tədqiqatlar göstərib ki, Hi1a molekulu infarktın bütün mərhələlərində ürək hüceyrələrini zədələnmədən qoruya bilib. O, turşuya həssas ion kanallarını blokladı və hüceyrə ölümünə səbəb olan siqnalların ötürülməsinin qarşısını aldı. Molekul həmçinin insult zamanı beyin hüceyrələrini qoruya bilib. Həm də vacibdir ki, Hi1a sağlam hüceyrələrə təsir göstərmir, yan təsirlərin ehtimalını azaldır.

Başqa bir araşdırma göstərib ki, belə təhlükəli hörümçəyin zəhəri iktidarsızlığın müalicəsində kömək edə bilər. Onun tərkibində Phα1β neyrotoksini var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
Mənbələr
Şərh ()
Bağla