AZ

“Qışa kimi bir təhər oynadıq, amma ondan sonra böyük problemlər oldu” – 1:8-dən sonra belə dedi

“Araz-Naxçıvan”ın əsas komandası kimi, əvəzediciləri də cari mövsümü pis keçirir.

Həm əsas heyət, həm də əvəzedicilər 9-cu pillədə qərarlaşıb. Kiçik “qırmızı-ağlar” son turda evdə “Sabah”a 1:8 uduzub. “Football-plus.az” belə acınacaqlı məğlubiyyətin səbəbini “Araz-Naxçıvan”ınəvəzedicilərinin baş məşqçisi Zaur İsmayılovdan soruşub:
“Komandanın vəziyyəti pisdi, cünki çox gec yığıldı. Çempionatın əvvəlində əsas komandamız da çox gec yığıldı. Qışa kimi də oynadıq. Ondan sonra zədəlilər oldu, meydança da yaxşı vəziyyətdə deyildi. Yəni oyunçularımız çatdırmadı, qışa kimi bir təhər oynadıq, amma ondan sonra böyük problemlər oldu. Müdafiədə, yarımmüdafiədə, hücumda - demək olar ki, hər yerdə problemimiz var. Əsas komandamız da autsayderdi. Yaxşı başlamışdılar, ancaq ikinci dövrədə güclənə bilmədi komanda. Qışda heyətə bir neçə oyunçu gəlsəydi, əslində yaxşı olardı”.


ELMİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq