AZ

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib (FOTO/VİDEO)

Bakı. Trend:

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümüilə əlaqədar ağacəkmə aksiyası keçirib

Trend xəbərverir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli LiderHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsindəDaxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii SərvətlərNazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağrayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyasıkeçirilib.

Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları vənazirliyin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevinəziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraqminə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluqgöstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

DİN-in
DİN-in

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
16
Mənbələr
Şərh ()
Bağla