AZ

Rusiya sərhədçiləri "Zvartnots" hava limanından çıxarılır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziriNikol Paşinyan arasında danışıqlar zamanı müəyyən razılıqlar əldəolunub.

Trend bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, iki ölkənin lideri arasında danışıqların uğurlakeçirilib. Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki"Zvartnots" hava limanında artıq xidmət etməyəcəklərinə dair qərarqəbul olunub.

Bundan başqa, rusiyalı sərhədçilər 44 günlük müharibədən sonraşifahi razılıq əsasında qaldıqları Sünik (Zəngəzur), Qeqarkunik(Basarkeçər), Tavuş, Ararat, Vayots-Dzor məntəqələrini tərkedəcəklər.

Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasınınkatibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərininmövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyinideyib.

Martın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovİrəvanın rəsmi bildirişini aldıqlarını təsdiqləyib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
43
Mənbələr
Şərh ()
Bağla