AZ

“Qalatasaray” birdəfəlik transfer edəcək.- Paytaxt klubunun Hakimini

Türkiyənin “Qalatasaray” klubu hücumameyilli yarımmüdafiəçi Hakim Ziyeşi birdəfəlik transfer edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu artıq “Çelsi” ilə bağlı deyil.

“Aslanlar” 31 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirib. London klubu müqaviləni təsdiq edən sənədləri artıq İstanbula göndərib.

Ziyeş ötən ilin avqustunda icarə əsasında “Qalatasaray”a keçib. O vaxtdan bəri mərakeşli futbolçu 21 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla

Reytinq