AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,66 ABŞ dolları, yaxud 0,8 % artaraq 85,21 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
 
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
49
Mənbələr
Şərh ()
Bağla