AZ

Aİ əməllərini ifşa etdi...

30 deputatın müraciəti və ya Qərb görünməyən “silahını” işə saldı

Qonşu Gürcüstanda xarici agentlərlə bağlı qanun layihəsinə qarşı davam edən etiraz aksiyaları ölkə üçün yeni siyasi situasiya formalaşdırmaqdadır. Xatırladaq ki, Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ilə bağlı addımı iqtidar-müxalifət “savaşını” yeni müstəviyə daşıyıb. Tbilisinin küçələrində, xüsusilə də parlament binasının qarşısında, Rustaveli prospektində davamlı mitinqlər keçirən kütlə ölkədəki sabitliyin pozulmasına yol açıb. Hətta bəzi etirazçılar müxtəlif xarakterli zorakılıqlara əl ataraq qanunları belə pozublar.

Baş verənlər isə birmənalı qarşılanmır. Mütləq əksəriyyət bu qanunun qəbulunu ölkənin təhlükəsizliyi, müstəqil siyasət yürütməsi üçün vacib amil sayır. Maraqlıdır ki, başda Qərb dairələri olmaqla özünü Tbilisiyə “müttəfiqi” kimi tanıtdıran dairələr isə bu qanunun qəbuluna açıq maneələr yaratmağa çalışırlar. Hətta bu günlərdə Gürcüstana qarşı yeni bir addımın atılması gözlənilir - belə ki, Avropa Parlamentinin 30-dan çox üzvü Gürcüstanla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə müraciət edib. Yayılan məlumata görə, onlar Borrelə Gürcüstanın namizəd statusunu, eləcə də maliyyələşdirməni dayandırmaq tələbi ilə müraciət ediblər.

Namizədlikdən üzvlüyə “uzanan” yol...

Xatırladaq ki, Aİ-yə qəbul üçün “prosedur qaydası” sayılan namizədlik statusu qurumun tamhüquqlu üzvünə çevrilmək yolunda mühüm bir “mərhələ” hesab edilir. Hər halda bunu Aİ strukturları və qurumun rəhbərləri belə iddia edirlər. Amma namizədlik statusunun müddəti və ya qəbul dövrü məlum deyil - bu amil Aİ-nin özünün “qərarı” ilə tənzimlənir. Məsələn, 1987-ci ildə üzvlüklə bağlı müraciət etmiş Türkiyə Cümhuriyyəti yalnız 1999-cu ildə real namizədlik statusu ala bilib. Bu istiqamətdə 2005-ci ildən danışıqlar başlasa da, nəticəsizlik göz önündədir. Və ya başqa bir misal: Şimali Makedoniyanın 2004-cü ildə edilən müraciəti 2005-ci ildə ölkənin “namizəd” statusu alması ilə yekunlaşıb. 19 ildir ki, statusun gerçəkləşməsi üçün gözləyən ölkə hələ də Aİ-nin verəcəyi qərarı gözləyir. Bu siyahıya 14 ildir ki, namizəd statusu almış Monteneqronu, Serbiyanı, Bosniya və Hersoqovinanı, Albaniyanı da əlavə etmək olar. Yəni, namizədlikdən real üzvlüyə gedən yol hər hansı bir qanun və ya sənədlə tənzimlənmir - bu baxımdan, bu kimi statuslar Aİ kimi təsisatlar üçün mühüm təsir mexanizminə çevrilir.

Gürcüstanda baş verənlər və nəticə olaraq Aİ üzvlüyünə namizədlik statusunun ləğvi məsələsinin ortaya atılması birmənalı şəkildə bir-birini tamamlayan tezislərdir. Başqa sözlə, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə mane ola bilməyən dairələr bu yolla açıq təzyiq göstərəcəyinin anonsunu verir.

Brüsselin “namizədliyin ləğvi” təzyiqi...

Sirr deyil ki, 2004-cü ildə Gürcüstanda baş verən məxməri inqilabın ssenarisini yazanlar sonrakı dönəmdə ölkənin müstəqil və milli maraqlara söykənən siyasət aparması ilə barışa bilmir. Təsadüfi deyil ki, ötən illər ərzində Açıq Cəmiyyət Fondunun rəhbəri Corc Soros dəfələrlə özünün müsahibələrində 2004-cü ildə baş verənlərdə özünün QHT şəbəkəsinin və maliyyəsinin rolunu dəfələrlə etiraf edib. Bu və başqa faktlar açıq şəkildə onu göstərir ki, Gürcüstanda fərqli maraqlara xidmət edən qüvvələr məhz bu kimi strateji sektorlarda “toplaşıb”. Hətta bir sıra ölkələrə münasibətdə də agentura şəbəkəsinin formalaşması cəhdləri Gürcüstandakı “ünvanlardan” tənzimlənir. Yeni qanunun qəbulu isə bir sıra məsəllərdə şəffaflığın ortaya çıxmasına şərait yaradacaq - ən azından QHT sektorunda təmsilçiliyi olan, siyasi fəaliyyətlə məşğul olan şəxslərin hansı dərəcədə xarici təsir altında olması məsələsi üzə çıxacaq. Aİ-nin bu qanuna qarşı tutduğu mövqe isə anlaşılan deyil - Brüssel Gürcüstanın namizədlik statusunu ləğv edəcəyi təqdirdə “özünü ələ vermiş” olacaq. O baxımdan ki, edilən etirazların, qanunun ləğvinə çalışan qüvvələrin dolayısı ilə Aİ, birbaşa Qərb dairələri tərəfindən dəstəkləndiyi sübuta yetəcək. Bu isə onu göstərir ki, Aİ Gürcüstanla əlaqələrini səmərəli əməkdaşlıq müstəvisində deyil, ona tabeçilik qaydalarına əsasən tənzimləməyə çalışır.

Qərb öz marağını güdür...

Bəli, Qərbin kartları növbəti dəfə açılır. Hazırda Gürcüstan zindanında olan Saakaşviliyə münasibətdə Qərbin tutduğu mövqe bu və ya digər şəkildə yenidən təkrarlanır. Başqa sözlə, Saakaşvilini “təlimatlandıraraq” Gürcüstana göndərən, fiasko qarşılığında isə “yaddan çıxaran” Aİ indiki məqamda yeni planlar qurmaqdadır. Bu planların görünən sferasında Gürcüstanın Aİ-yə üzvlüyü məsələsi yer alsa da, medalyonun görünməyən tərəfində korporativ maraqların yatdığı üzə çıxır. Aİ namizədlik statusunu ləğv etmək anonsunu səsləndirməklə açıq şəkildə Gürcüstandan istifadə etməyə çalışdığını ortaya qoyur - Avroparlament üzvlərinin tələm-tələsik Borrelə müraciəti oyunun ifşa edildiyini təsdiqləyir. Beləliklə, Aİ-nin “genişlənmə kampaniyası”nın əsl siması üzə çıxır. Bir zamanlar Aİ ilə assosativ saziş imzalayan dövlətlər isə Gürcüstan nümunəsindən dərs çıxarmalıdırlar. 2004-cü ildə məxməri çevrilişlə “qanadları altına aldığı” Gürcüstanı Qərb 2008-ci ildə tək buraxdı. İndi isə növbəti dəfə bu ölkənin daxili işlərinə qarışmaq, onun idarəçiliyində paralel strukturlaşma şəklində təmsil olunmaq üçün sözügedən qanunun qəbuluna mane olmağa çalışan Qərb yalnız və yalnız şəxsi mənafeyinin “güdümündədir”. Bu, bütün detalları ilə ortadadır...

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19285
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13187
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10437
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4923
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4891
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3647
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3406
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2866
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2568
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1692
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1180
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1075
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1028
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1016
Mayın ilk gününün havası açıqlanıb
965
Arda dubl etdi - VİDEO
858
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
829