AZ

Azərbaycan maliyyə sistemini “yaşıllaşdırır”

“Yaşıl istiqraz”, “yaşıl səhm” buraxılışı üçün əlverişli fürsət yaranıb

Mərkəzi Bank (MB) ölkənin maliyyə sisteminin yaşıllaşdırılması üzrə beynəlxalq təşkilata - Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS) üzvlüklə bağlı müraciət edib. Əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl tətbiqlərinin Azərbaycanın bank və maliyyə sisteminə gətirilməsi, banklararası mübadilə zəncirinin qurulmasıdır. HGFS bu müraciətə müsbət yanaşıb və hazırda ölkəmizin bu mötəbər quruma üzvlüyü ilə bağlı müzakirələr davam etdirilir.

Maliyyə sisteminin yaşıllaşdırılması nədir?

Dayanıqlı maliyyə arxitekturasının daha da möhkəmləndirilməsi və “yaşıl iqtisadiyyat” tələblərindən meydana çıxan müasir maliyyə alətlərinin tətbiqi hazırda dünya bank və maliyyə sistemlərində geniş yayılıb. Bir çox ölkələrin milli bank sektorları “yaşıl  platforma”ya keçidi təmin edərək qlobal risklərin qarşısının alınması və maliyyə təhlükəsizliyinin gücləndirilməsində bu texnologiyaların üstünlüklərinə bel bağlayır. Qlobal miqyasda iqlim dəyişmələri və ESG risklərinin qiymətləndirilməsi yeni çağırış kimi bir çox ölkələrin bank sistemində xüsusi diqqətdə saxlanılır. Bu sahədə Azərbaycan beynəlxalq təcrübəni öyrənərək həmin yaşıl maliyyə koalisiyasına qoşulmaqda israrlıdır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq məsuliyyəti  üzərinə götürərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından irəli gələn bir çox öhdəlikləri layiqli tərzdə həyata keçirməsi bu siyasətin tərkib hissəsi kimi iqtisadi və maliyyə sektorlarında da zəruri texnoloji qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə müşayiət olunmaqdadır. Azərbaycan son aylarda “yaşıl iqtisadiyyat” ekosisteminin infrastrukturlarını qurmaqla, ən innovativ layihələri öyrənərək tətbiq etməklə bu istiqamətdə iradəsini nümayiş etidirir. Məhz bu kimi siyasət tədbirlərinin mühüm prioritetlərindən biri olan maliyyə ekosisteminin “yaşıl texnologiyalar” üzərində inkişaf etdirilməsi üçün beynəlxalq qurumlarla sıx koordinasiyaya üstünlük veriləcək.

Azərbaycan xarici investorlar tərəfindən “yaşıl maliyyələşmə”nin tətbiqini vacib hesab edir və bu məqsədlə bütün “yaşıl maliyyə” alətlərinin cəlb edilməsinə çalışacaq. Bura “yaşıl istiqraz, “yaşıl səhm”, “yaşıl sərmayə”nin yeni alətləri və digər “yaşıl” qiymətləri kağızlar daxildir. Həmin prioritetlər Mərkəzi Bankın bir müddət əvvəl açıqladığı Dayanıqlı Maliyyə Hesabatında da öz əksini tapıbdır.

Həmin hesabatda iqlim dəyişmələri və ekoloji, sosial və korporativ idarəetmə (ESG) riskləri ilə bağlı tədbirlərin görülməsi və bank sistemini bu hazırlıqlarqa cəlb olunması, dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması, “yaşıl maliyyə” axınları üçün ekosistemin formalaşdırılması kimi məsələlər ortamüddətli dövrün hədəf prinsipləri kimi müəyyənləşib.

Bu hədəf çəçivəsində maliyyə sisteminin yaşıllaşdırılmasını təmin etmək üçün yeni risk daşımayan yüksək keyiyyətli, likvid maliyyə məhsulları dövriyyəyə çıxmış olacaq. Onlardan biri “yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər nov xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmətəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandıya, İçveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri  davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.

“Yaşıl maliyyə”nin ən çox üstünlük verildiyi vasitələrindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Eləcə də Avropa Komissiyası “yaşıl” istiqrazların 20 milyard avroya yaxın emissiyasını həyata keçirməklə bu bazarda ön plana çıxmaq istəyir.

Bütün bunlar dünyada maliyyə sektorlarının “yaşıllaşdırılmasına” böyük marağın göstəricisidir. Azərbaycanın COP29 ili çərçivəsində beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı  və Avopa Komissiyası ilə sıx əməkdaşlığını nəzərə alsaq “yaşıl istiqraz” və “yaşıl səhm”lərin ölkəmizə gətirilməsi üçün yaxşı fürsətlərin yaranmasını söyləyə bilərik. Bu Mərkəzi Bankın strateji maraqları ilə tam üst-üstə düşməklə maliyyə sisteminin “yaşıllaşdırılmasında” stimulverici bir ekosistemin əsasını qoymuş ola bilər.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23353
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16209
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11458
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11447
Helikopterin qalıqları tapılıb
9909
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7239
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4097
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3651
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2908
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2169
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1821
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1707