AZ

Qadın sahibkarlar...

Ümumi sahibkarlar arasında 22,7 faiz təşkil edir

Yeganə BAYRAMOVA

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib. Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, BMT-nin Qadın Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Suns Luke, BMT Baş katibinin köməkçisi Markos Neto, Laos Xarici İşlər Nazirliyinin departament direktoru Daovi Vonqsay çıxış ediblər.

Çıxışlarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədi layihəsinin həyata keçirilməsi, üzv dövlətlər tərəfindən bu layihəyə verilən dəstək, dövlətlərin gördüyü işlər və Milli Hesabat Proqramlarının hazırlanması haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan dünyada baş verən gərgin siyasi proseslərə baxmayaraq sosial-iqtisadi inkişafını davam etdirə bilib və bu istiqamətdə bir sıra uğurlu layihələri həyata keçirib. Bu gün Azərbaycan dövləti tərəfindən reallaşdırılan sosial, iqtisadi, humanitar, ekologiya, yaşıl enerji ilə bağlı layihələr BMT-nin DİM proqramına uyğunlaşdırılır.

Qadın sahibkarların sayında 4 dəfəyədək artım

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur: “Hazırda ümumi sahibkarlar arasında qadınların payı 22,7 faiz təşkil edir. 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2021-ci ildə 64,8 faiz və 2022-ci ildə isə 67,1 faizini təşkil edib”.

Onun sözlərinə görə, Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Milli Məclisə təqdim etdiyi illik məlumatlarda bu barədə geniş məlumatlar öz əksini tapır: “Xüsusilə son üç ildə qadın işçilərin hüquqlarının genişləndirilməsi ilə bağlı əmək qanunvericiliyinə edilən dəyişiklikləri qadınların nominal əməkhaqqının artmasına imkan verən mühüm addımlardan biri hesab etmək olar”.

Bu hesabat problemlərin həlli üçün imkandır

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qeyd edib ki, Azərbaycan qlobal səviyyədə özünün könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir: “Hökumət bu hesabatı iyunun 14-də təqdim edəcək. Ölkələrin təqdim etdiyi könüllü milli hesabatlar həm ayrı-ayrı sahələrdəki irəliləyişləri, həm də mövcud problemləri göstərmək üçün mükəmməl imkandır. Burada biz problemləri müzakirə edəcəyik. Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib. Bugünkü tədbirdə BMT-nin Dayanılqlı İnkişaf Məqsədləri üzrə xüsusi nümayəndəsi tərəfindən həmin sənəd təqdim olunacaq”.

Qadınların cəmiyyətə tamhüquqlu inteqrasiyası...

BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz Luque bildirib ki, hökumətlərə iqtisadi və sosial siyasətdə daha çox qadınlara yönələn proqramların həyata keçirilməsi tövsiyə edilməlidir. O, qeyd edib ki, təmsil etdiyi qurum xüsusən də gender bərabərliyinin gücləndirilməsi, eləcə də qadınlara əmək bazarında əks cinsin nümayəndələri ilə bərabər imkanların yaradılmasının maliyyəşməsini həyata keçirir: “Bu prosesdə həm dövlət, həm də özəl sektorun təmsilçiləri iştirak etməlidirlər. Belə olarsa qadınların cəmiyyətə tamhüquqlu inteqrasiyasına nail ola bilərik”.

Luque əlavə edib ki, son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına mühüm töhfələr verib. Onun sözlərinə görə, qadınların iqtisadi səlahiyyətləndirilməsi insanların bu sahəyə olan münasibətinin də dəyişməsini zəruri edir.

Çıxışlardan sonra tədbir “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış: əsas məqamlar və mesajlar” və “Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzularında təqdimat və müzakirələrlə davam edib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18608
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10312
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4677
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4357
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3463
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3259
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2434
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2182
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1659
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1156
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1029
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813