AZ

Dələduzlar tələbələri bu yolla aldadır: "Mənim 60-dan çox müştərim var..."

Dələduzlar tələbələri bu yolla aldadır: "Mənim 60-dan çox müştərim var..."

Son günlər demək olar ki, hər həftə sonu imtahan keçirilir. Ümumiyyətlə bu dövrlər abituriyentlər üçün həssas dönəmdir. İstədiyi nəticəni əldə edə bilməyənlər ya depressiya yaşayır, ya da vəziyyətdən çıxış yolu axtarırlar. Digər bu vəziyyətdən fırıldaqçılar yararlanmağa çalışır. Pul ilə bal artıran şəxslər peyda olub.

Sonxeber.az xəbər verir ki, sözügedən vəziyyət ilə bağlı aldadılanlardan Ramiz Cavadov "ARB Xəbər"ə danışıb:

"Bununla bağlı "TikTok"da gördüm və maraqlandım. Əgər istəyirsizsə iş bu qiymətə görülür. Dedilər ki, şəxsi kabinetin nömrəsi deyilməlidir. Mənə şəxsiyyət vəsiqəsinin nömrəsini atmışdı. İlk olaraq ona 100 manat köçürdüm".

Fırıldaqçının istədiyi məbləği vaxt itirmədən göndərən Ramiz Cavadov ödənişdən dərhal sonra şəxsi kabinetinə daxil olaraq balının artacağını gözləyib:

"Ballar çıxanda mənim əvvəlki balım necə idisə, olduğu kimi qaldı. Dedilər ki, sizə vaxt çatmayıb. Əgər istəyirsizsə əlavə 200 manat atın və sizin balınızı dəyişdirək. Mən dedim ki, xeyr ehtiyac yoxdur. Ödənişimi geri qaytarmasını istədim. Kart nömrəmidə atdım. Amma mənim nömrəmi dərhal blok etdi. Təqribən 50-55 nəfəri belə aldadıb".

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla

Reytinq