AZ

“Qala Maşınqayırma”nın vəziyyəti - MƏLUM OLDU - HESABAT

“Qala Maşınqayırma” 2023-cü ilin maliyyə vəziyyətini hesabatını açıqlayıb.

"Kred Aqro" BOKT-un mənfəəti - 3 DƏFƏDƏN ÇOX AZALIB - HESABAT

FED.az xəbər verir ki, şirkət ötən ili 176,6 min manat mənfəətlə tamamlayıb. Lakin 2022-ci ildə 120,1 min manat zərər etmişdi.

Şirkət ötən il mənfəət vergisi ödəmələrini 35,6 min manat və ya 2,5 dəfə artıraraq 58,6 min manata çatdırıb.

Hesabat dövründə əsas şirkətin əməliyyat gəlirləri 1 milyon 744 min manat, xərcləri 1 milyon 733 min manat, ümumi mənfəət 310,9 min manat təşkil edib.

İllik müqayisədə gəlirlər 92 min manat (5,6%) artıb, xərclər 338 manat azalıb,_ümumi mənfəət 92,6 min manat və ya 42,4% artıb.

Hesabat dövründə şirkətin sair əməliyyat və fövqəladə gəlirləri olmayıb, sair əməliyyat xərcləri 17,7 min manat, fövqəladə xərcləri 57,9 min manat təşkil edib.

Sair əməliyyat xərcləri 130,5 min manat (8,4 dəfə), fövqəladə xərcləri 154,1 min manat (3,7 dəfə) azalıb.

“Qala Maşınqayırma” ötən il 2 milyon 941 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 140 min manat və ya 5% artıb.

Öhdəliklər 12 min manat və ya 5,1% azalaraq 227,4 min manata düşüb.

Balans kapitalı 2 milyon 714 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,9% çoxdur.

Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 151 min manat və ya 10,3% artaraq 1 milyon 611 min manata yüksəlib.

Hesabat ilində “Qala Maşınqayırma”nın kapital ehtiyatları 862 min 362 min 366 manat, səhmdar (nizamnamə) kapitalı 239 min 918 min manat təşkil edib. Hər iki göstərici də illik müqayisədə dəyişiklik olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq