AZ

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Bakı. Trend:

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV)üzləşdiyi ən böyük problemləri nəzərdən keçirsək, onların arasındaikisi əlahiddə yer tutur.

Onlardan biri reklam bazarının əhəmiyyətli hissəsinin ədalətsizrəqabət nəticəsində sosial şəbəkələrin total nəzarətinə keçməsi,digəri isə ölkədəki mass-medianın istehsal etdiyi informasiyakontentinin, yəni xəbər və məlumatların sosial şəbəkələr tərəfindənistismar edilməsidir.

Halbuki məntiqə görə, sosial şəbəkələr və videohostinqplatformaları, xüsusilə də Facebook, İnstagram, TikTok, X (sabiqTwitter) və YouTube Azərbaycanda yoxlanılmış, etibar ediləcək,keyfiyyətli informasiya kontenti istehsalçısı olan mass-mediavasitələrinə ödənişlər etməlidir.

Səbəb sadədir: həmin servislər yerli KİV-lərin məlumatlarının,informasiyalarının, şərhlərinin və s. paylaşılması, bölüşdürülməsivə yayılması hesabına külli miqdarda gəlir əldə edirlər.

Eyni zamanda, Azərbaycanda kütləvi informasiya vasitələri iləyanaşı, özəl və dövlət qurumlarının da sosial şəbəkələrdəyerləşdirdikləri reklamlara görə aksiomatik olan gəlir vergiləriödənilmir.

Beləcə, hər il yüz milyonlarla manat sosial şəbəkələr vəplatformaların sahibi olan şirkətlərin hesablarına keçirilir,Azərbaycandan çıxarılır.

Proses dövlət nəzarətindən yayınan kapital axını qismindədəyərləndirilə bilər.

Feyk xəbər fabriki

Qlobal informasiya məkanında xüsusi yer tutan sosialşəbəkələrin, axtarış və videohostinq servislərinin cəmiyyət üçünyaratdığı ən böyük problem yanlış, əsassız, yəni feyk məlumatlarınyayılmasıdır.

Servislərin məxsus olduğu şirkətlər bu problemlə mübarizəaparıldığını bəyan etsələr də, lider mövqe tutan Facebook və Goggleplatformalarıdaha çox gəlir əldə etmək üçün istifadə etdiklərialqoritmlərə tam nəzarət edə bilmirlər. Nəticədə feyk xəbərlərsürətlə yayılır, ictimai təhlükəsizliklə yanaşı, dövləttəhlüükəsizliyinə də təhdidlər yaradır.

Eyni zamanda, söjzügedən platformalaın alqoritmlərində seçiminşəffaflığı və siyasi obyektivliklə tərəfsizliyi də tam təminolunmur.

Facebook və Google Azərbaycan barədə etibarlı, yoxlanılmış vəoperativ xəbərləri öz seçim alqoritmi ilə yayır, aksiomatik olaraqgəlirlər əldə edir.

Ölkənin nüfuzlu mass-media vasitələri belə prosesdən 1 manatbelə, gəlir əldə etmirlər, halbuki məhz Facebook və Google-unAzərbaycan seqmentində KİV məhsullarının yayılması sözügedənplatformaların xəbər və kontent çeşidini artırır, onların dəyərinivə obyektivliyini yüksəldir.

Media kontentinə görə Azərbaycan KİV-lərinə ödənihlər heç birhalda böyük sosial platformaların gəlirlərinə mənfi təsiretməyəcək, lakin Azərbaycanda KİV-in və ümumiyyətlə,jurnalistikanın perspektivlərinə çox əhəmiyyətli şəkildə müsbəttəkan verə bilər.

Hazırda sosial platformalar xəbər lentlərinin intensivliyini,məzmununu və ümumiyyətlə, kontent seçimi özlərinimüəyyənləşdirirlər.

Məsələn, Facebook-un məxsus olduğu Meta holdinqinin sahibi MarkZukerberqin dediyinə görə, sosial şəbəkədə hər hansı KİV-inxəbərinin nə dərəcədə etibarlı, güvənilir olduğunu istifadəçilərinözləri müəyyənləşdirirlər: "Alınan cavablar nəticəsində KİV-lərinreytinqi formalaşdırılır, həmin reytinq əsasında da bu və digər KİVFacebook-un xəbər lentinə "buraxılır"".

Lakin belə seçim qüsurludur və Azərbaycandakı mass-mediaəməkdaşları, xüsusilə də sosial-media marketinq (SMM) sahəsindəçalışanlar problemlərdən halidirlər.

Avstraliya: ilk və ən sərt

Alphabet və Meta korporasiyalarını yerli kütləvi informasiyavasitələrinə ödənişlərə vadar etmiş ilk ölkə Avstraliyadır.

Məhz Avstraliyanın hakimiyyət dairələrinin tutduqları sərt vəqətiyyətli mövqe nəticəsində sosial şəbəkələr və servislər ölkəmass-mediasının kontentindən pulsuz istifadə edərəkyararlandıqlarına görə məsuliyyətə cəlb olunmaq təhlükəsi iləqarşılaşmışdılar.

Ölkədə qəbul edilmiş qanuna görə, rəqəmsal nəhənglər AvstraliyaKİV-lərinin istehsalı olan media kontentindən istifadə üçünmass-media strukturlarına müvafiq ödənişləri həyatakeçirməlidirlər.

Avstraliyanın Rəqabət və İstehlakçıların Hüquqlarının MüdafiəsiKomissiysının qəbul etdiyi qərara görə isə Faceğbook və Googlemedia kontentindən istifadə ilə yanaşı, media vasitələrindən qəbuledilən onlayn reklamlara görə dövlət büdcəsinə vergilərödəməlidir.

Avstraliyada onlayn-reklamın illik həcmi təqribən 6 milyarddollar təşkil edir. Yerli KİV-in sosial şəbəkələrdə, platformalardavə hostinqlərdə yerləşdirdikləri onlayn-reklamların ümumi həcminintəqribən 60 faizi Google və Facebook-un payına düşür.

Fransa: nəhənglər məcbur edildi

Fransanın Milli və Regional Nəşrlər Alyansı ölkəninin kütləviinformasiya vasitələrinin istehsalı olan məhsulların Facebook-daistifadə olunmasına görə ödənişlərin alınacağını açıqlayıb.

Anlaşmanın maliyyə hissəsi və ödənişlərin məbləği ilə bağlı heçbir açıqlama verilmir.

Fransadakı mass-media vasitələri ilə Google servisinin sahibiolan Alphabet korporasiyası da anlaşma imzalayıb.

Google bəyan edib ki, ödənişlərin məbləği məlumatın şəcmindən,trafikdən, habelə siyasi və ümumi informasiya məkanındakı yerdənasılı olacaq.

Avropa İttifaqı: "Ödənişlər mütləqolmalıdır"

Avropa Parlamenti, Avropa İttifaqı Şurası və Avropa Komissiyasıbirgə kommünike qəbul edərək Coogle və Faceğook-un istifadəetdikləri xəbər kontentinə görə həmin məlumatların istehsalçısıolan KİV-lərə mütləq şəkildə ödənişlər etmək məcburiyyətindəolduğunu bəyan edib.

Avropa Komissiyası isə bildirib ki, Aİ ölkələrindəkimass-medianın istehsalı olan informasiya kontentindən hətta xəbərbaşlıqları və ya qısa videogörünrtülər qismində istifadə olunsabelə, sosial şəbəkələr, platformalar və videohostinq servisləriödənişlər etməlidir.

Avropa İttifaqı ölkələrinin ən nüfuzlu və məşhur KİV-ləri hesabedirlər ki, sosial şəbəkələr onların məhsullarından istifadəetməkdə mass-media vasitələrini potensial gəlirlərdən məhrumedirlər.

Bundan başqa, hazırda Avropa İttifaqında sosial şəbəkələrin vəplatformaların onlayn reklamlar vasitəsilə əldə etdiklərigəlirlərlə bağlı məsələ nəzərdən keçirilir. Alphabet və Metakorporasiyaları təbii ki, belə reklamlara görə aldıqları maliyyəvəsaitlərinə görə vergi ödəmək istəmirlər.

Avropa İttifaqının müvafiq qurumları qərarlarıdır: həminstrukturlar onlayn reklamlara görə də ödənişlər etməlidir.

Malayziya: "Əsla geri çəkilmək olmaz"

Malayziyanın hakimiyyət dairələri Facebook, İnstagram, WhatsAppkimi servislərin sahibi Meta və Google-un sahibi Alphabetkorporasiyalarını media kontentindən istifadəyə, habelə onlaynreklam cəlb etdiklərinə görə ödənişlərə vadar etməkniyyətindədir.

Malayziyanın Kommunikasiya və Multimedia Komissiyasının yaydığıbəyanata görə, sözügedən strukturlar ölkənin mass-mediasınınistehsalı olan kontenti yaymaq, paylaşmaq və s. üçün yerli KİV-lərəödənişləri reallaşdırmalıdır.

Eyni zamanda, internetdə əxlaqsızlıq, azyaşlılara qarşızorakılıq, onlayn-kazinolar, fırıldaqçılıq və s. kimi qanunaziddfəaliyyətlərin qarşısının alınması üçün Alphabet-lə Meta rəsmiKuala-Lumpurla intensiv əməkdaşlıq etməlidir.

İrlandiya: yeni qanun hazırlanır

İrlandiyanın hakimiyyət dairələri Google, Facebook və X (sabiqTwitter) "başqalarının hesabına varlananlar" hesab edir.

Rəsmi Dublin ən populyar sosial şəbəkələr, platformalar vəhostinqlərin fəaliyyətlərinin ölkədə vergilərdən yayınmasınınqarşısını ən sərt, qətiyyətli şəkildə almaq niyyətindədir.

Bu məqsədlə ilkin addım qismində yerli KİV-lərin istehsalı olankontentin sosial şəbəkələrdə istifadəsi üçün müvafiq ödənişlərinedilməsini nəzərdə tutan sistemin tətbiqi nəzərdə tutulur.

İkinci mərhələdə isə sosial şəbəkələr cəlb etdikləri onlaynreklamlara görə İrlandiyanın dövlət büdcəsinə vergi ödəməliolacaqlar.

Britaniya: kimsə qanundan üstün deyil

Böyük Britaniyanın kütləvi informasiya vasitələri Facebook vəGoogle ilə "investisiyalar zəminində əməkdaşlıq"la bağlırazılaşıblar.

Anlaşmanın şərtlərinə görə, Meta və Alphabet korporasiyalarıBritaniya mass-mediasının istehsalı olan kontentdən istifadəyə görəonlara pul ödəyəcək, xəbərlərin paylaşma və oxunma auditoriyasınıngenişləndirilməsinə kömək edəcək, reklam və abunəçilik üçün yeniimkanlar yaradacaq.

Facebook-la Google-un ödənişlər edəcəyi Britaniya mass-mediasıarasında ilk yerləri Hearst (Cosmopolitan, Elle, Esquire), TheGuardian Media, The Economist, The Independent, The London EveningStandard, Liverpool Echo, Manchester Evening News, The Mirror,Harpers, Cosmopolitan, Wired, GQ, Glamour, Vogue və Tatlertuturlar.

Google-un Britaniya mediası ilə imzaladığı anlaşmaya görə,servis yerli media kontentdən Google News Showcase-də istifadəyəgörə ildə 1 milyard dollar ödəyəcək.

Almaniya: bu ildən başlandı

Almaniya bundestaqının qəbul etdiyi yeni qanuna görə, Meta vəAlphabet korporasiyaları yerli KİV-in istehsalı olan mediakontentindən istifadəyə görə müvafiq ödənişlər etməlidir. Bununlayanaşı, sosial şəbəkələrdə, hostinqlərdə və platformalarda onlaynreklamın yerləşdirilməsi ilə bağlı sözügedən korporasiyalarınAlmaniyanın dövlət büdcəsinə vergilər ödəmək məcburiyyətində olduğuda qeyd olunub.

Rəsmi Berlin hesab edir ki, sosial şəbəkələr və platformalaryerli medianın fəaliyyətində cüzi də olsa, problemlərin yaranmasınaheç bir halda səbəb olmamalıdır.

ABŞ: ödənişlər rutinləşəcək

Alphabet və Meta korporasiyaalrı ABŞ-dakı kütləvi informasiyavasitələrinə onların media kontentindən istifadə üçün ildə toplamolaraq 3 milyard dollara yaxın vəsait ödəyəcəklər.

Ödənişlər KİV-in populyarlığından, trafikindən, abunəçilərinin,oxucularının və ya tamaşaçılarının sayından asılı olacaq.

Alınan məbləğin həcminə görə ilk yerlərdə Dow Jones & Co,Washington Post, New York Times, Business Insider var.

İlkin mərhələdə Google və Facebook bu mass-media strukturlarıilə 3 illik müqavilələr imzalayıblar.

Müqavilənin müddətinin sonradan uzadılması, yəni prolonqasiyasınəzərdə tutulub.

Bəs Azərbaycanda?

Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə dəxəbər agentliklərinin fəaliyyətində üzləşdikləri ən böyük problemyeni layihələrin həyata keçirilməsi, çağdaş media tələblərinə cavabverən kontentin istehsal edilməsi, ölkəmizlə bağlı informasiyalarınqlobal media bazarına çıxarılması, Azərbaycana qarşı aparılanhibrid savaşın tərkib hissəsi olan informasiy və dzinformasiyaaxınında səbatlı mövqe tutmaq və s. üçün zəruri vəsaitinçatışmazlığıdır.

Bu problem dövlət büdcəsindən ayırmalar və ya konkret mass-mediastrukturlarına dövlət dəstəyi formatında həll oluna bilməz,olunmamalıdır da.

Alphabet və Meta korporasiyaları Azərbaycan mass-mediasınınistehsal etdiyi kontentdən istifadəyə görə dünyanın digərölkələrində olduğu kimi, yerli KİV-ə, yəni bilavasitəistehsalçılara ödənişlər etməlidir və bu sistem ölkəqanunvericiliyində müvafiq formada tənzimlənməlidir.

Eyni zamanda, ölkə KİV-nin sosial şəbəkələrdə, müxtəlif onlaynplatformalarda və hostinqlərdə yerləşdirdikləri onlayn reklamlaragörə də həmin İT vasitələrinin sahibi olan şirkətlər Azərbaycanındövlət büdcəsinə vergilər ödəməlidir.

Eyni vəziyyət TikTok-la da bağlıdır: bu servisdə hər gün yüzminlərlə manat dövriyyə edir, pullar çıxarılır, amma fizikişəxslərin əldə etdikləri gəlirlərlə TikTok-da Azərbaycan şirkətləriilə vətəndaşlarının yerləşdirdikləri reklamlara görə TikTok-unsahibi olan ByteDanse Ltd. (Çin) korporasiyası vergilərə cəlbolunmur.

Azərbaycanın onlayn reklam bazarının həcmi hələ bəlli deyil vəbəhs olunan sahədə indiyədək heç bir ciddi araşdırma, tədqiqataparılmayıb. İkin araşdırmalar göstərir ki, ölkədə onlayn-reklam,habelə sosial şəbəkələr, platformalar və hostinqlərə ödənən,çıxarılan və əldə edilən maliyyə vəsaitlərinin toplam həcmi 230milyon manatdan artıqdır.

Bu pulları İT nəhəngləri, qlobal onlayn bazarın böyük oyunçularıAzərbaycan büdcəsinə bir manat vergi ödəmədən ölkədənçıxarırlar.

Udan onlar, uduzan isə Azərbaycan mediasıdır…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35315
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24059
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18821
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12316
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10978
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7711
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6857
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6365
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5644
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4614
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3821
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3311
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3041
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2315
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2232