AZ

İnaqurasiyada erməni səfirinə hörmətsizlik edilib?

Ermənistanda media və siyasətçilər Moskva-İrəvan münasibətlərindəki gərginliyin pik həddə çatmasından narahatdırlar. Məsələn, ermənilərin tanınmış ictimai-siyasi xadimlərindən olan Edqar Qazaryan "Mamul" nəşrinə açıqlamasında bu mövzuda diqqət çəkən açıqlama verib. O, erməni səfirin hörmətsizliklə qarşılaşdığını deyib.

"Rusiya Federasiyasında qüvvədə olan dövlət protokolu ənənələrinə görə, xarici nümayəndə heyətləri prezidentin andiçmə mərasimində ölkə başçıları səviyyəsində iştirak etmirlər. Mərasimə Rusiyada akkreditə olunmuş səfirlər dəvət olunublar. Nikol Paşinyan 2024-cü il mayın 7-də Rusiya Federasiyası Prezidentinin andiçmə mərasimində öz qərarı ilə deyil, sadəcə dəvət edilməməsi səbəbindən iştirak etmədi. Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan isə mərasimdə iştirak etmişd. Yayılan görüntülərdən onun küncdə-bucaqda qalması qapının ağzında əyləşməsi görünür. Rusiya Federasiyası Prezidentinin rəsmi saytındakı videodan da bunu görmək olar".

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla