AZ

Deputatlıqdan imtina etməsi üçün bıçaqlanan dahi bəstəkar

Bu gün görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun anım günüdür.

Kulis.az-ın məlumatına görə, Məlikov uşaqlığından evlərində tar ifaçıları, sənətkarlar, ifaçılar görür, onları canlı dinləyirdi. Ona görə də onun içində musiqi sevgisi cücərirdi. 14 yaşında ikən ona bağışlanan tar həyatında dönüş nöqtəsi yaradır.

***

Musiqi müəllimi Qara Qarayev olub. Böyük bəstəkardan aldığı yüksək təhsil onun gələcək taleyində mühüm rol oyanıb.

***

26 yaşında yazdığı "Məhəbbət əfsanəsi" baleti ilə o, nəinki milli musiqidə və Azərbaycan daxilində, eləcə də bütün dünyada "Arif Məlikov" imzasının tanınıb sevilməsinə nail olmuşdu.

***

Ona dünya şöhrəti qazandıran "Məhəbbət Əfsanəsi" baletinin müəllifi Nazim Hikmət idi. Bəstə üçün Arif Məlikov nəzərdə tutulanda Nazim Hikmət onunla zarafat edir: “Sənin içində eşq varmı?” Arif Məlikov gülümsünür və onun hazırladığı balet Nazim Hikməti heyrətə gətirir.

***

Nazim Hikmətlə yaxın münasibətləri olub. Böyük türk şairi Bakıya gələrkən “öncə oğlumun yanına getməliyəm” deyərmiş.

***

Arif

Sovet dövründə Arif Məlikov Qorbaçovu təhqir edib. SSRİ Ali Sovet tribunasında çıxışında isə Dmitri Yazova (sovet dövlət xadimi – red) qatilsən deyib.

***

Arif Məlikov SSRİ Ali Sovetin deputatı olub. Dövrün ağır günləri imiş. Bakıda fövqəladə vəziyyət elan edilmiş, axşamlar küçəyə çıxmaq qadağan olunmuşdu. Görkəmli bəstəkar da heç nəyə məhəl qoymadan axşamlar maşını ilə şəhəri gəzir, əlisilahlı əsgərlərin yanından keçirdi. Bir dəfə hərbi komissarlıqdan çağırırlar, xəbərdarlıq edirlər, hətta atəş açırlar, xoşbəxtlikdən güllə Məlikovdan yayınır.

***

Arif

SSRİ Ali Sovetinin deputatı olduğu vaxt bir qrup gənc ona yaxınlaşıb. Aralarından biri bəstəkarı hədələyib:

“Deputatlıqdan imtina elə”.

Arif Məlikov çaşıb:

“Axı niyə?”

“Biz SSRİ ilə qurtardıq”.

Arif Məlikov izah etməyə başlayıb ki, SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır. Qızğın gənclər onun sözünə qulaq asmayıblar. Bəstəkar gənclərin birinə əsəbiləşib: “Yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol”.

Arif

Bu sözdən sonra arxada dayanan gəncin biri bəstəkarın döş qəfəsinin altına bıçaq soxur. Arif Məlikovun ağ köynəyi qana boyanır. Özünü birtəhər yaxınlıqdakı poliklinikaya çatdırır.

***

Akif İslamzadə üçün xeyli mahnı yazıb. Hətta Akifin televiziyaya çıxmaq qadağasını də Məlikov bərpa edib.

***

Arif

Çoxları bəlkə bilməz. Məlikov kinofilmlərə və teatr tamaşalarına ən çox musiqi yazan bəstəkardır.

***

Dahi bəstəkar həm də rəssam idi. Yaxın dostlarından biri olan rəssam Səttar Bəhlulzadənin avtoportretini də çəkib.

***

Məlikovun ömrü yollarda, təyyarələrdə keçib. Çünki tez-tez xarici ölkələrə səfərlərə, konsertlərə gedərmiş. Bəstəkar özü deyirdi ki, təyyarədə işləməyə belə alışmışam. Təyyarədən düşən kimi məşqlərə başlayırdıq.

***

Ömrü boyu zəhmət çəkmiş, onlarla sənət əsəri yaratmağa müvəffəq olmuşdu.

***

2019-cu ilin 9 may tarixində vəfat edən Arif Məlikov I Fəxri xiyabanda dəfn olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12995
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10308
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4666
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4347
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3453
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3251
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2749
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2430
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2180
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1659
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1154
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1025
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813