AZ

Azərbaycan-Slovakiya münasibətləri yeni inkşaf mərhələsinə çıxır - ŞƏRH

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycanarəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişafmərhələsinə çıxmasına imkan verəcək.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan-Slovakiya münasibətləri əsasən həriki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağabaşlayıb.

“O zamandan etibarən iki ölkə arasında münasibətlər dinamikinkişaf yolu keçib. Bu gün iki ölkə arasında münasibətlər bir çoxsahələri əhatə edir və genişlənir. Səfər çərçivəsində çox mühümmüzakirələr aparıldı və əlaqələrin daha da inkişafına imkan verəcəksənədlər imzalandı.

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındastrateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ninimzalanması iki ölkə arasında münasibətlərin inkişafına yeni birsəhifə açacaq.

Cənab Prezident İlham Əliyev Baş nazir Robert Fitso ilə mətbuatabirgə bəyanatlarla çıxışı zamanı imzalanmış sənədi yüksəkqiymətləndirərək qeyd etdi ki, “bu, çox ciddi siyasi sənəddir vəbizim əlaqələrimizi ən yükəsk səviyyəyə qaldıran sənəddir".

Digər bir mühüm məsələ isə, iki ölkə arasında müdafiə və müdafiəsənayesi sahələrində imzalanmış sənədlər oldu. “AzərbaycanRespublikasının Müdafiə Sənayesi Nazirliyi ilə SlovakiyaRespublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıqsahəsində Anlaşma Memorandumu” və “Azərbaycan RespublikasınınMüdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyiarasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i iki ölkəarasında bu sahələrdə münasibətlərin genişlənməsinə imkan verməkləyanaşı, hər iki tərəfin müdafiə potensialının və ordununhərbi-texniki bazasının güclənməsinə şərait yaradacaq”, - deyə oəlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan və Slovakiya beynəlxalqtəşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir.

“Robert Fitso ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasındakörpü olmağa hazır olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki,bundan sonra da Azərbaycan və Slovakiya beynəlxalq müstəvidəəməkdaşlığı inkişaf etdirəcək”, - deyə A. Həsənova vurğulayıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla