AZ

BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir - FOTO

Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. 

Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək "Gələcəyin Sammiti"nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir.

2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir. Bu baxımdan COP29-a ev sahibliyi edəcək ölkə kimi mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova iştirak edir.
Vətəndaş Cəmiyyəti Konfransına Azərbaycan QHT-ləri də qatılıb.

COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycan QHT-lərini qlobal tədbirdə təmsil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
7
Mənbələr
Şərh ()
Bağla