AZ

Rəsmi Ankaradan Aİ açıqlaması: Qərarlıyıq

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaqda qərarlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” səhifəsində yazılıb.

“9 May- Avropa günü mübarək olsun”, - paylaşımda bildirilib.

Qeyd edək ki, 1986-cı ildən etibarən hər il 9 May Avropa Günü kimi qeyd olunur. Məhz 1950-ci ilin bu günündə Aİ-nin yaradıcılarından biri olan Fransanın xarici işlər naziri Robert Şuman tərəfindən təklif edilən Şuman Bəyannaməsi qəbul olunub.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
7
Mənbələr
Şərh ()
Bağla