AZ

Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və“Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsininimzalanma mərasimi keçirilib. Tədbirdə AFFA-nın icraçıvitse-prezidenti Sərxan Hacıyev, “Carlsberg Azerbaijan”ın başdirektoru Alius Antulis, şirkət rəsmiləri, futbolçular və medianümayəndələri iştirak ediblər.

Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas millikomandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsorqismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolununinkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşıolacaq.

“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulistədbirdə çıxış edərək bildirib ki, bu sponsorluqla Azərbaycanfutboluna dəstək olacaqlar: “A milli komanda ilə bu güntəməli qoyulan əməkdaşlıqdan çox məmnunuq. “Xırdalan 0.0” yerliarpadan Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivədir vəbu keyfiyyətli məhsulla ölkəmizdə idmanın inkişafını dəstəkləməkdənqürur duyuruq. AFFA-nın prioritetlərinə əsasən, stadionlardaazarkeş sayının artırılması, gənclərdə futbola marağıngücləndirilməsi, sosial layihələrin həyata keçirilməsi üçün birgəçalışacağıq. İnanıram ki, birgə atılan addımlar nəticəsində qısamüddətdə Azərbaycan futboluna böyük töhfə verməyi bacaracağıq”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə həriki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığınısöyləyib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdənbirini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına“Carlsberg Azerbaijan” da qoşulur. Bundan sonra “CarlsbergAzerbaijan”ın “Xırdalan 0.0” pivəsi kişilərdən ibarət A millikomandamızın sponsorlarından biri olacaq. İnanıram ki, buəməkdaşlıq uzunmüddətli olacaq və hər iki tərəf bundanfaydalanacaq”.

AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluqmüqaviləsi dörd il müddətinə imzalanıb, lakin tərəflər uzunmüddətliəməkdaşlıq niyyətindədirlər.

Qeyd edək ki, milli komandanın yeni sponsoru “Xırdalan 0.0” -pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibindəkonservant yoxdur. Keyfiyyətli xammaldan hazırlanmış zəngin ətirlivə nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılaratəqdim olunub.

Xatırladaq ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilənpivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinəçevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkiledir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıqticarət məntəqəsində təqdim olunub. “Carlsberg Azerbaijan” şirkətibüdcəyə illik 35-38 mln manat vergi ödəyir və fəaliyyətə başladığıvaxtdan investisiyalarının həcmi 65 mln manatdan çox təşkiledir.

Xırdalan
Xırdalan
Xırdalan
Xırdalan
Xırdalan
Xırdalan
Xırdalan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
az.trend.az

8Mənbələr