AZ

Mərənddə hökumət məmurları həbs edilib

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin başçısı Rza Əsədi, onun müavini və 8 bələdiyyə işçisi həbs edilib.

Bu barədə Mərəndin baş prokuroru Ziya Mehr məlumat yayıb.

O, saxlanılanların rüşvətxorluq, dövlət əmlakına ziyan vurmaq və dövlət sövdələşmələrində əlbir olmaqda ittiham olunduqlarını söyləyib.

Saxlanılanların hamısının həbsxanaya köçürüldükləri və barələrində əlavə araşdırmalar aparıldığı bildirilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
72
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating