AZ

Ermənistan DİN-dən etirazçılara xəbərdarlıq

Ermənistanın Daxili İşlər Nazirliyi də “Vətən naminə Tavuş” etiraz yürüşünün iştirakçılarına xəbərdarlıq ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) oxşar xəbərdarlıq edib.

Müraciətdə deyilir: “Daxili İşlər Nazirliyinin polisi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində qanunla onlara həvalə edilmiş funksiyaları ardıcıl surətdə davam etdirir və bundan sonra da yerinə yetirəcəkdir.

Bugünkü mitinqin iştirakçılarını və təşkilatçılarını ictimai asayişi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə, həmvətənlərin hüquqlarına hörmət etməyə və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırırıq”.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla

Reytinq