AZ

“Avrokuboklara vəsiqə qazanmasaq, bizim üçün çox pis olar”

“Tovuzda heç bir oyunumuz rahat keçmir. Bu görüş də asan olmadı. Bu mövsüm Tovuzda ilk qələbəmizi qazandıq. Rəqibin də şansları var idi. Ancaq biz önə keçdikdən sonra geriyə çəkilməli olduq. Ani diqqətsizlikdən hesab bərabərləşdi. Hücumda çox şanslarımız olmasa da, qələbə qolunu vura bildik. Aydın Bayramovun səhvi olmasaydı, daha çox irəliyə atılacaqdıq. O səhv qolu gətirdi deyə, çox sevincliyik”. 

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin futbolçusu Hacıağa Hacılı “Turan Tovuz” görüşü (2:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib: 

“Ötən tur “Sumqayıt” “Qarabağ”a qalib gəlmişdi. Bu səfər isə “Kəpəz”lə heç-heçə etdilər. Artıq oyunlara baxmamağa çalışırıq. Rəqiblərin nə cür xal qazandığı ilə maraqlanmaq istəmirik. Çalışırıq ki, özümüz qələbə qazanaq. “Kəpəz”in “Sumqayıt”a vurduğu qol zamanı məşqdə idik. Nəticəni oyundan sonra öyrəndik. Rəqiblərin mövsüm boyu bəxti gətirirsə, bizdə bu ilk dəfə oldu”.

26 yaşlı futbolçu komandanın avrokubok hədəfindən də söz açıb:

“Avrokuboklara vəsiqə qazanmasaq, bizim üçün çox pis olar. Çünki komanda bunun üçün əziyyət çəkib. Məşqçilər heyəti, futbolçular. Əgər alınmasa, çox üzücü sonluq olar”.

Bir dönəm “Qarabağ” forması geyinən futbolçu hədəfinin yenidən Ağdam klubuna qayıtmaq olduğunu açıqlayıb:

“Qarabağ”a qayıtmaq istəyərəm. Amma bunun üçün çox çalışmaq lazımdır. Cari mövsüm zədələrim oldu, çox forma şansı qazana bilmədim. Amma irəlidə nələr olacağını bilmirəm”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla