AZ

"İsrail Amerika bombaları ilə Qəzzada dinc əhalini qətlə yetirib" - Bayden

 
"Biz İsrailin təhlükəsizliyi üçün məsuliyyətimizi hiss edirik və İranın hücumu zamanı bunu sübut etmişik, lakin..."
 
ABŞ Rafaha hücum səbəbindən İsrailə silah tədarükünü dayandırıb
 
Amerika administrasiyası rəsmən etiraf edib ki, Rafaha hücumla əlaqədar olaraq İsrailə silah tədarükünü dayandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Bu axşam ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller jurnalistlərə deyib ki, Vaşinqton İsrail Müdafiə Ordusu üçün nəzərdə tutulan ən azı bir partiya silah tədarükünü dayandırıb.
 
Bu zaman Miller bəyan edib: "Biz İsrailin təhlükəsizliyi üçün məsuliyyətimizi hiss edirik və son həftələr İranın hücumu zamanı bunu sübut etmişik.
 
Lakin Rafahda əməliyyat və güclü sıxlıq şəraitində olan və İsrail ordusunun əvəlki fəaliyyətinin xarakterini nəzərə alaraq təhlükəyə məruz qalan mülki əhali ilə bağlı ciddi əndişələrimiz var".
 
Miller bəyan edib ki, İsrail hakimiyyəti amerikalılara "mülki əhalinin qorunması üzrə lazımi planı" təqdim edib, Amerika administrasiyası bir partiya silah tədarükünü dayandırıb və digər partiyaların dayandırılması üzərində düşünür, lakin uzunmüddətli perspektivdə Amerikanın İsrail ilə bağlı öhdəlikləri dəyişməyəcək.
 
Dövlət Delartamentinin bu bəyanatı Konqresdə İsrail tərəfdarlarının xoşuna gəlməyib.
 
Nüfuzlu respublikaçı senator Lindsi Qrem ABŞ müdafiə naziri Lloyd Ostini və Qərargahlar rəisləri Komitəsinin (yəni ABŞ Silahlı Qüvvələri Komandanı) sədri Çarlz Braunu kəskin tənqid edib.
 
"Əgər biz İsrail üçün zəruri olan və onun üçün təhlükəli zamanda silah tədarükünü ləngitsək, bunun bədəlini ödəməli olacağıq", - Qrem qeyd edib.
 
"Bu, cəfəngiyyatdır. İsrailə müharibədə qalib gəlmək üçün lazım olanları verin, bu müharibədə o, məğlub ola bilməz. Bu, Xirosima və Naqasakinin ən yüksək təzahürüdür", - o, vurğulayıb.
 
Buna baxmayaraq, Bayden amerikalı jurnalistlərə şəxsən bəyan edib ki, əgər İsrail Rafahda genişmiqyaslı hücuma başlayarsa, Amerika hökuməti İsrail Müdafiə Ordusuna bomba və mərmilər tədarük etməyəcək.
 
"Bu bombalarla və digər silahlarla Qəzzada dinc əhali qətlə yetirilib", - Bayden izah edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
moderator.az

1Mənbələr