AZ

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Msport.az xəbər verir ki, budəfəki namizədlər arasında 2 oyunçunun adı yer alıb.

Hər iki futbolçu ÇL-də finala adlamış komandaların üzvləridi. Belə ki, namizədlər Madrid “Real”ının braziliyalı oyunçusu Vinisius Junior və Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsdi. Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində bəlli olacaq.

Qeyd edək ki, “Real” turnirin yarımfinal mərhələsində “Bavariya”nı, “Borussiya” isə PSJ-ni mübarizədən kənarlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
42
Mənbələr
Şərh ()
Bağla