AZ

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. O, 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
43
Mənbələr
Şərh ()
Bağla