AZ

Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir

İkinci Qarabağ savaşı zamanı və sonra şifahi sövdələşmə nəticəsində Azərbaycanla şərti sərhədboyunca yerləşdirilən Rusiya hərbçilərinin dislokasiya yerlərini dəyişdirməsi və Zvartnots hava limanını tərk etmələri haqda Valdimir Putinlə Nikol Paşinyan arasındakı razılaşmanı ikincinin komandasındakılar "qələbə" kimi təqdim etməyə çalışırlar.

Ermənistan baş nazirinin Moskvadan "qələbə" ilə döndüyünü təsdiqləyəcək nəsə varsa, o da iki cüt, bir tək Rusiya sərhədçisinin Zvartnots hava limanından çıxarılmaları məsələsidir ki, onunla da bağlı öncədən razılıq vardı. Birinci halda isə olsa-olsa, Rusiyanın Azərbaycana yanaşmada son zamanlar sərgilədiyi siyasətin, yəni dostcasına davranışın davamından söhbət gedə bilər. Çünki Rusiyanın Ermənistan-Azərbaycan şərti sərhəddindəki hərbçiləri bizim üçün təhlükə sayılmasa da, o, Avropa Birliyinin "mülki" missiyası sayaq sözü gedən dölətin kimin yanında və kimə qarşı olduğunun sərgilənməsi baxımından rəmz rolu oynayırdı. İndi bu rəmz aradan qaldırılır.

Fəqət Qriqorian kiləsənin qara keşişlərinin hərəkətə gətirilməsi, onların çiyinlərindəki paqonların parıltısının yaxalarındakı xaçı kölgədə qoyması isə ondan xəbər verir ki, Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir.

Bir sözlə, Rusiyanın bizim regionla bağlı sərgilədiyi əvvəlkindən fərqli siyasət aysberqin görünən tərəfidir, görünməyən tərəfində isə hər şey əvvəlki kimi qalmaqdadır.

Millət vəkili Sahib Alıyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38334
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24240
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19196
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14263
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11136
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
Abdullahianın cəsədi tapıldı - FOTO
7298
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6496
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5707
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5449
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4773
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3406
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3300
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2382