AZ

Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin tabeliyindəki Ordubad Rayon Uşaq Xəstəxanasında Ordubad şəhər tam orta internat məktəb şagirdləri üçün tibbi aksiya keçirilib.

 

Bu xəbər Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.


Bildirilib ki, aksiya zamanı şagirdləri xəstəxananın terapevt, pediatr, allerqoloq, stomatoloq, radioloq, oftalmoloq olmaqla, peşəkar həkim heyəti müayinə edib. Xəstəlik aşkarlanan uşaqlara müalicələr yazılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
aztibb.az

2Mənbələr