Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinəməhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
DYP-dən Trend-ə verilənxəbərə görə, mayın 10-da səhər saat 08:00-dan mərasim qurtaranadəkParlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərinhərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yadedənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıməqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiqküçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiqdairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseynküçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, AbbasquluAbbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibatibinasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyabanistiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətiməhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadəedilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.