AZ

İbrahimov Gəncədəki qalmaqallı oyun haqqında: “Kəpəz”i günahlandırmaq doğru deyil”

AFFA U-16 liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” görüşündə xoşagəlməz hal yaşanması barədə məlumat vermişdik. Bildirilir ki, görüşdən sonra futbolçular arasında düşən davada qonaq komandanın üzvləri xəsarət alıb.

Məsələyə aydınlıq gətirmək üçün Gəncə Futbol Akademiyasının rəhbəri Cabir İbrahimovla əlaqa saxladıq. O, İdmanxeber.az saytına hadisəni belə şərh etdi:

“Futbolda belə hallar olur. Təəssüf ki, aşağı yaş qruplarında futbolçular arasında belə xoşagəlməz hadisə yaşanıb. Amma burada məsələ tək oyunçularlıq deyil. Azarkeş amili də olub. Amma onlar “Kəpəz” tərəfdarı deyillər. Kənardan oyuna baxmağa gələnlər idi.

Futbolçular arasında nəsə anlaşmazlıq baş verib, sonra da mübahisəyə çevrilib. Burada klubu günahlandırmaq doğru deyil. Belə hadisələr bütün oyunlarda baş verə bilər. Futbolda bu cür hallar qaçınılmazdır. Burada o qədər ciddi problem yoxdur.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla