AZ

Qızı Nigar Camala qadağa qoydu

Müğənni Nigar Camal qızları Jasmin və Səidədən söz açıb.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Günaylı gün” verilişində bildirib ki, kiçik övladı Səidə fotolarının sosial şəbəkədə paylaşılmasını sevmir.  

“Böyük qızım Jasminin 18, kiçik qızım Səidənin isə ilin sonunda isə 17 yaşı olacaq. Böyük qızımdan fərqli olaraq kiçik qızım icazə vermir ki, onun şəkillərini sosial şəbəkə hesabımda paylaşım. Səidə sosial şəbəkələri sevmir. Böyük qızım deyir ki, kənardan “ana-bala” kimi yox rəfiqə kimi görünürük”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
13
Mənbələr
Şərh ()
Bağla