AZ

BFB: Azərbaycanda korporativ istiqrazlar bazarının 4 dəfə artırılması üçün potensial var

Azərbaycanda kapital bazarları vasitəsilə real sektorun maliyyələşdirilməsi təşviq ediləcək.

Bu, “Bakı Fond Birjası” QSC-nın (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, hazırda korporativ istiqrazların həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,5 milyard manatdır. Bu, 2023-cü illə müqayisədə 4 dəfə artım deməkdir.

“Bununla bağlı, korporativ sektorun və yerli maliyyə sisteminin perspektivlərindən irəli gələn faydalar və bu istiqamətdə BFB-nin təmin edə biləcəyi dəstək barədə məlumatlandırma aparılacaq.

İstiqraz buraxılışı potensialı yüksək olan özəl müəssisələrinin qarşılaşdığı normativ və prosedur maneələr araşdırılacaq və həlli yollarının tapılmasına dəstək göstəriləcək.

İstiqraz buraxılışı prosesini başlatmış müəssisələrin maliyyələşmə ehtiyacları əsasında uğurlu emissiya nəticələrinin əldə olunması üçün müvafiq istiqamətləndirmələr və məsləhətlər veriləcək”, – BFB qeyd edir.

Bildirilir ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda özəl müəssisələr maliyyələşmə üçün müntəzəm olaraq yerli kapital bazarlarından istifadə edir, bu da əhəmiyyətli şəkildə korporativ borc bazarının həcmini artırır.

“Korporativ istiqraz bazarlarının inkişafı öncəliklə iri özəl müəssisələrin buraxılışları ilə səciyyələnir”, – BFB hesab edir.

Qeyd edək ki, 2023-cü ildə “Bakı Fond Birjası”nda korporativ istiqrazları üzrə əqdlərin dəyəri 374,4 milyon manat təşkil edib. Bunun 63,7 %-i və ya 238,6 milyon manatı ilkin bazarın, 36,3 %-i və ya 135,8 milyon manat təkrar bazarda formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44182
Abdullahianın cəsədi tapıldı - FOTO
32364
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26625
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24761
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20139
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15152
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8161
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7928
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5352
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4869
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965