AZ

Millimizin Avropa Liqası üçün heyəti açıqlanıb

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl AvropaLiqası üçün yekun heyəti müəyyənləşib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğuheyətdə 14 voleybolçu yer alıb.

Komandamız turnirdə 5 hücumçu, 3 blokçu, 3 toppaylayıcı və 3liberoya güvənəcək. Əsasən gənclərdən təşkil olunan komandamızınçalışdırıcısı Faiq Qarayevə məşqçilər Famil Ağayev, Emin Əbilov vəSinişa Popek kömək edəcəklər.

Hücumçular: Marqarita Stepanenko, AnastasiyaBaydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk,Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, RaziyəƏliyeva, Marianna Abuyeva;

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova,Sənubər Ələskərova.

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasının Xorvatiyadakeçiriləcək 1-ci mərhələsində iki matça çıxacaq. Millimizin ilkrəqibləri meydan sahibləri və Slovakiya olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla