AZ

RUSİYA MN İKİ UKRAYNA PUA-SININ BELQOROD VİLAYƏTİNDƏ VURULDUĞUNU BİLDİRİB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 9-da Moskva vaxtı ilə saat 10:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı cəhdinin qarşısı alınıb, övbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı məhv edilib”, - deyə bildiriblər.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
Mənbələr
Şərh ()
Bağla