AZ

"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri

 
"Avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üzərində işləməlidir.. "
 
"NATO qoşunlarının Ukraynada olması üçüncü dünya savaşının başlanması demək olacaq..."
 
NATO ABŞ-ın başçılıq etdiyi "Ramştayn qrupu"nun funksiyalarının bir hissəsini öz üzərinə götürəcək
 
Macarıstan Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun "ağılsız missiyasında" iştirak etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyyarto bəyan edib.
 
Aprel ayında NATO üzrə müttəfiqlər Ukraynaya uzunmüddətli hərbi dəstəyin planlaşdırılmasına başlamaq barədə razılığa gələrək 100 milyard avro (107 milyard dollar) məbləğində fond yaratmaq qərarına gəlib, "Reuters" yazıb.
 
Plana uyğun olaraq, NATO "Ramştayn qrupu" (Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupu) kimi tanınan və ABŞ-ın  başçılıq etdiyi koalisiyanın koordinasiya edilən funksiyalarının bir hissəsini öz üzərinə götürəcək.
 
Macarıstan XİN rəhbəri Peter Siyyarto təsdiq edib ki, ölkə hökuməti əvvəllər bu planın əleyhinə olub.
 
"Macarıstan təzyiqlərə rəğmən NATO-nun bu ağlasığmaz missiyasından kənarda qalacaq", - o, bu barədə Londonda tədbirdə bəyan edib.
 
Ukraynada müharibə - Macarıstanın mövqeyi
 
Macarıstan hakimiyyəti hər dəfə Ukraynaya yardımı əngəlləməyə cəhd edir. O cümlədən bu ölkə əvvəllər 50 milyard avroluq yardıma veto qoyub.
 
Macarıstan XİN rəhbəri bəyan edib ki, NATO qoşunlarının Ukraynada mövcudluğu üçüncü dünya savaşının başlanması demək olacaq. Alyans, guya, "qırmızı xətti" keçə bilər.
 
O, bəyan edib ki, avropalı siyasətlçilər müharibədə iştirak yollarını axtarmaqdansa, sülhə nail olmaq üzərində işləməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla