AZ

Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL

“Paylaşımlarımı yarızarafat, yarıciddi edirəm. Sözümü zarafatla deyirəm. Zeynəb Xanlarovanın mahnılarını əlbəttə ki, hər kəs yaxşı oxumur. Amma ixtiyarım yoxdur deyim ki, oxumasınlar. Mən zarafatla demişəm, amma oxuya bilməyənlər oxumasınlar. Zeynəb xanım özü qadağan etsə, gərək mən də oxumayım. Ya da Zeynəb xanım desin ki, Fədayədən başqa heç kim oxumasın. Əlimdə imkan olsaydı deyərdim ki, Zeynəb xanım da, mahnıları da mənimdir. Mən onu sevirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra əlavə edib.
 
 
“İllər öncə Qobustana şəhər statusu veriləndə Zeynəb Xanlarova ilə görüşdüm. Çox mötəbər bir tədbir idi. Hər kəs 2 ifa fanaqram oxuyurdu. Canlı oxumaq istədim, dedilər ki, 2 mahnı fanaqram oxu. Zeynəb xanımın “Gül mənimdir” və “Bülbülüm” mahnılarını ifa etdim. Prodüsserim Cavid Dadaşov mənə yaxınlaşıb dedi ki, Zeynəb xanım deyir ki, Fədayəyə deyin davam etsin. Mən də başladım canlı-canlı Zeynəb xanımın başqa mahnılarından da oxumağa. O da alqışlayırdı, sevinclə baxırdı. Konsertdən sonra görüşmək istəyəndə dedi ki, mən bu qızı çox istəyirəm də. O qədər xoşbəxt oldum ki. Əlindən öpdüm. Zeynəb xanım mənə ən ağır günlərimdə belə dəstək olub. Zeynəb xanımla görüşməyə cəsarət etmirəm. O mənim üçün əlçatmazdır, istəyirəm elə qalsın. Mənim çox böyük arzumdur ki, Zeynəb xanım hər-hansı geyimini mənə bağışlasın. Mən də onun mahnılarından ibarət bir konsert proqramı verim. Kaş ölmədən Allah bunu mənə qismət edərdi (ağlayır). Tutaq ki, Zeynəb xanım o paltarı mənim üçün göndərdi, bəs o möhtəşəm konserti necə verəcəm?! Mənə müəyyən bir məbləğ lazım olacaq. Yəqin ki, bu arzuma çatmağıma mənə kömək edənlər, dəstək olanlar olacaq. Həmin konsertdə də ağlaya-ağlaya oxuyaram. O konserti versəm xoşbəxt, rahat yaşayaram. Çünki ürəyim doludur, o konsertdən sonra ürəyim boşalar”, - deyə sənətçi bildirib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq